Close

Ermənistanda hava limanına bomba qoyulması ilə bağlı xəbər yalan çıxıb - YENİLƏNİB

Şirak hava limanına bomba qoyulması ilə bağlı məlumat yalan çıxıb.

TNS xəbər verir ki, bu barədə Ermənistanın Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

“Bomba barədə məlumat verən vətəndaşın şəxsiyyətinin müəyyən edilməsi istiqamətində tədbirlər görülür”, - məlumatda vurğulanıb.

10:14

Ermənistan polisinə Gümrü şəhərində yerləşən Şirak hava limanına bomba qoyulması barədə məlumat daxil olub.

TNS xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi xəbər yayıb.

Qeyd edilib ki, hava limanının əməkdaşları təxliyə edilib, ərazidə istehkamçılar və polis işləyir, ərazi mühasirəyə alınıb.