Close

Cənubi Koreya şimalla sərhəddə təlimlər keçirir

Cənubi Koreya Şimali Koreya ilə sərhəddə gərginliyi azaltmaq üçün ikitərəfli razılaşmalar çərçivəsində altı il əvvəl dayandırılmış təlimləri bərpa edib.

TNS xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Qeyd olunur ki, artilleriya təlimləri Kyonqqi və Qanqvon əyalətlərində baş tutub. Manevrlərə K-9 özüyeriyən artilleriya qurğuları cəlb edilib.

Keçən həftə Cənubi Koreya Silahlı Qüvvələri Seuldan 140 km cənub-qərbdə yerləşən poliqonda "Cheonmu" çoxsaylı buraxılış raket sistemləri ilə canlı atəş təlimləri keçirib.