Close

Gəmilərin İstanbul tranzitinin qiyməti artdı

Xarici ticarət gəmilərinin İstanbul və Çanaqqala boğazlarından keçməsi üçün rüsum iyulun 1-dən xalis çəki üçün 5,07 dollara qaldırılıb.

TNS xəbər verir ki, bu barədə müvafiq qərarı Türkiyənin Nəqliyyat Nazirliyi verib.

Qeyd edək ki, buna qədər qiymət 4,42 dollar idi.