Close

19:23
02 İyul 2024

Rusiyadakı partlayışların arxasında kimlər dayanır?

Rusiyanın Nijni Novqorod vilayətində baş verən partlayışlar Ukrayna xüsusi xidmət orqanlarının rəhbərlik etdiyi rus partizanların işidir.

TNS xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, hərbi ekspert Roman Svitan deyib.

O əlavə edib ki, partizanlar “gördükləri hər şeyi məhv etmək” rejimində işləyirlər:

"Hər şey yanmağa davam edir. Rus partizanların sayəsində işləyirlər".

O əlavə edib ki, Orenburq vilayətində yük qatarı relsdən çıxıb və bu, rusların bu əsas logistik arteriyasının bir müddət işləməyəcəyi anlamına gəlir.

Svitan qeyd edib ki, bu, cəbhə üçün çox yaxşıdır, çünki Ukrayna Silahlı Qüvvələri nəfəs ala biləcək:

"Bu da rus partizanların və müqavimət hərəkatının işidir. Rusiya yük qatarlarını məhv edirlər. Xüsusilə, bu qatarlar müəyyən silahları daşıya bilir".

Qeyd edək ki, iyunun 30-na keçən gecə Nijni Novqorodda tullantıların utilizasiyası sahəsində güclü yanğın baş verib.