Close

19:23
02 İyul 2024

Fransada seçkilərin birinci turu: Makron uduzur

Fransada növbədənkənar parlament seçkilərinin birinci turu başa çatıb.

TNS xəbər verir ki, bu barədə “BFM TV” telekanalı məlumat yayıb.

İlk turda Marin Le Penin “Milli Birlik” partiyası 34,5 % səslə liderdir. Solçu “Yeni Xalq Cəbhəsi” alyansı 28,5% səslə ikinci sırada qərarlaşıb.

Prezident Emmanuel Makronun rəhbərlik etdiyi “Respublika naminə birlik” koalisiyası isə 22% səslə üçüncüdür.