Close

19:23
02 İyul 2024

Fransada təyyarə qəzası: ölənlər var

Fransanın İl-de-Frans bölgəsində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb.

TNS xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.

Hadisə A4 şossesinin A104 şosesi ilə qovşağında, Kollegyen kommunası yaxınlığında baş verib. Yüngül mühərrikli təyyarə yüksək gərginlikli elektrik xəttinə dəyib, magistral yola düşüb və yanıb. Onun bütün sərnişinləri həlak olub, lakin təyyarənin yoldan keçən avtomobillərə dəyməməsi səbəbindən digər itkilərin qarşısı alınıb.