Close

19:23
02 İyul 2024

Putinin köməkçisinin oğlu öldü

Rusiya Prezidenti Vladimir Putinin köməkçisi, referent şöbəsinin rəisi Dmitri Kalimulinin oğlu ölüb.

TNS xəbər verir ki, bu barədə Moskva Dövlət Universitetinin Hüquq fakültəsindən məlumat verilib.

“İyunun 29-da fakültəmizin 1-ci kurs tələbəsi Aleksandr Kalimulin vəfat edib. Aleksandrın doğmaları və yaxınlarına dərin hüznlə başsağlığı veririk”, - fakültənin yaydığı bəyanatda qeyd olunub.