Close

11:10
02 İyul 2024

Türkiyə ordusu 7 terrorçunu zərərsizləşdirdi

Türkiyə Silahlı Qüvvələri Suriyanın və İraqın şimalında 7 terrorçunu zərərsizləşdirib.

TNS xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.

Nazirlik bildirib ki, Suriyanın şimalında “Fərat qalxanı” və “Sülh bulağı” əməliyyatı bölgələrində müəyyən edilən 3 PKK/YPG terrorçusu zərərsizləşdirilib. Türkiyə ordusu İraqın şimalındakı "Pençe-Kilit" əməliyyat bölgəsində də 4 terrorçunu zərərsizləşdirib.