Close

Moskvada metro və vağzallarda pulsuz su paylanır

Moskvanın bəzi metro stansiyaları və avtovağzallarında pulsuz su paylanılması təşkil edilib.

TNS xəbər verir ki, bu barədə Moskva meriyası məlumat yayıb.

“Yüksək temperatur səbəbindən 40-dan çox məntəqədə sərnişinlərə pulsuz içməli su paylayırıq. Bütün metro stansiyalarında və vağzallarda səsli məlumatlardan və plakatlardan istifadə edərək, moskvalılara və paytaxt qonaqlarına isti havalarda təhlükəsizlik qaydalarını xatırladırıq: diqqətli olun və sağlamlığınıza nəzarət edin”, - məlumatda bildirilib.

Qeyd edək ki, bugündən başlayaraq, 5 iyula qədər Moskvada anomal istilərlə bağlı xəbərdarlıq edilib.