İraq və Suriyanın şimalında 7 terrorçu zərərsizləşdirilib
5
16:04 - 30 İyun 2024
![](/upload/files/up3/Xeberler/2024/06/30/6681458c8f6306681458c8f63117197479806681458c8f62e6681458c8f62f.jpg)
Suriyanın şimalında Fərat Qalxanı və Sülh çeşməsi bölgələrində və İraqın şimalında Pençe-Kilit əməliyyatı bölgəsində 7 terrorçu zərərsizləşdirilib.
TNS xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin sosial media hesabından edilən açıqlamada belə bildirilir:
"Türk əsgərləri qəhrəmancasına və fədakarcasına döyüşməyə davam edir. Qəhrəman Türk Silahlı Qüvvələrimiz, Suriyanın şimalında Fərat Qalxanı və “Sülh bulağı” bölgələrində müəyyən etdiyi 3 PKK/YPG terrorçusunu, “Pəncəli kilid” əməliyyatı bölgəsində isə 4 PKK terrorçusunu zərərsizləşdirib”.