Close

11:10
02 İyul 2024

Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 858-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

TNS xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 542 700 hərbçi, 8 080 ədəd tank, 15 524 ədəd zirehli döyüş maşını, 14 533 ədəd artilleriya sistemi, 1 110 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 873 hava hücumundan müdafiə sistemi, 360 ədəd hərbi təyyarə, 326 ədəd helikopter, 19 643 ədəd avtomobil texnikası, 11 584 ədəd PUA, 2 331 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 2 448 xüsusi avadanlıq itirib.