Close

11:10
02 İyul 2024

Serbiyada terror təhlükəsi ilə əlaqədar qırmızı həyəcan səviyyəsi elan edilib

Serbiyanın daxili işlər naziri İvitsa Daçiç terror təhlükəsi ilə əlaqədar qırmızı həyəcan səviyyəsi elan edib.

TNS xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Məlumata görə, insanların sıx olduğu yerlərdə hüquq-mühafizə oraqanları əməkadaşlarının sayı artırılıb.

Xatırladaq ki, bu gün bir nəfər İsrail səfirliyini qoruyan Serbiya Daxili İşlər Nazirliyinin zabitini arbaletlə boyun nahiyəsindən yaralayıb.