Close

Rusiya FTX çağırışçıların şəxsi işlərinə giriş əldə edib

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) bu qurumda müddətli xidmətə müraciət edən çağırışçıların şəxsi işlərini öyrənə biləcək.

TNS TASS-a istinadən xəbər verir ki, bu, Rusiya Federasiyası hökumətinin qərarında əksini tapıb.

Bundan əvvəl FTX-yə qurumda hərbi xidmət üçün çağırışçıların seçilməsində iştirak etmək hüququ verilib.

"FTX orqanları xidmətin strukturlarında hərbi xidmətin xüsusi vəzifələrini yerinə yetirmək üçün hərbi xidmətə çağırılacaq vətəndaşların seçilməsində, o cümlədən bu vətəndaşlar üçün sənədlərə giriş əldə etməklə iştirak edirlər", - Nazirlər Kabinetinin qərarında bildirilir.