Close

Qırğızıstanda sel: 5 nəfər öldü

Qırğızıstanın Nookat bölgəsində sel nəticəsində azı 5 nəfər ölüb.

TNS xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat verib.

"Nookat rayonunda leysan yağışlarının səbəb olduğu sel nəticəsində azı 5 nəfər ölüb", - deyə idarənin nümayəndəsi bildirib.

Qeyd olunur ki, ölən və yaralananların sayı ilə bağlı məlumatlar dəqiqləşdirilir.