Close

Bayden bacarmadı, Ağ Evdə vəziyyət gərgindir

Ağ Evin əməkdaşları Co Baydenin Donald Trampla debatda zəif çıxış etməsindən narahatdırlar.

TNS xəbər verir ki, bu barədə CNN Ağ Ev rəsmisinə istinadən məlumat yayıb.

“Bir Ağ Ev rəsmisi qrup söhbətlərinin “dəhşətli” olduğunu deyir. Hamı pərişan vəziyyətdədir. CV-ləri yeniləmək haqqında da zarafat edirlər. Bu gün bir çox işçi evdən işləyir və ya işə gəlməyib”, - telekanalın açıqlamasında deyilir.

“The New York Times”ın köşə yazarı Nikolas Kristof bildirib ki, Prezident Bayden Donald Trampla fəlakətli debatdan sonra seçki yarışını davam etdirməməlidir, çünki o, səhhəti və fəaliyyəti ilə bağlı şayiələri dağıda bilmədi.

Qeyd olunur ki, Trampla debat zamanı Bayden bir sıra səhvlərə yol verib və sözləri qarışıq salıb. Bundan əlavə, tədbir boyu onun səsi xırıltılı olub və bəzən hətta titrəyib.