Cənubi Koreyada robot intihar edib
Cənubi Koreyada ilk inzibati məmur robot intihar edib.
TNS “channelnewsasia”ya istinadən xəbər verir ki, Qumi Şəhər Şurası robotun 2 metrlik pilləkəndən özünü atdığını açıqlayıb.
Məmur robot şəhər şurasında gündəlik sənədlərin çatdırılması, şəhərin tanıtımı və yerli sakinlərə məlumat verilməsi işlərini həyata keçirib.
Şahidlər qəza baş verməmişdən əvvəl robotun bir yerdə dayanıb dövrə vurduğunu görüblər.
“Özünəqəsdin” dəqiq səbəbi şirkət rəsmiləri tərəfindən araşdırılır.
Yerli media robotun intiharını şübhə altına alıb və "Çalışqan dövlət məmuru bunu niyə etdi?" və ya robot üçün "İş çox ağır idi" manşetlərini önə çıxarıb.
Robotun şəhərdə bu şəkildə istifadə edilən ilk robot olduğu bildirilib.