Close

Rusiyadan Yaponiyaya sərt xəbərdarlıq...

Rusiya sərhəd yaxınlığında hərbi təlimlər keçirmək planlarına görə Yaponiyaya etirazını bildirib və müdafiə qabiliyyətini gücləndirmək üçün adekvat cavab tədbirləri görəcəyi barədə xəbərdarlıq edib.

TNS xəbər verir ki, bu barədə Rusiya XİN-in bəyanatında deyilir.

“İyunun 28-də Yaponiyanın Rusiyadakı səfirliyinə Yaponiya hakimiyyətinin Almaniya və İspaniya ilə Hokkaydo adasında, sərhədə yaxın ərazilərdə iyulun 19-dan 25-dək hərbi təlimlər keçirmək planları ilə bağlı kəskin etiraz edilib.

Biz vurğuladıq ki, Baş nazir Fumio Kişida administrasiyasının məsuliyyətsiz siyasəti Tokionu Şimal-Şərqi Asiyada və bütövlükdə Asiya-Sakit okean regionunda gərginliyin təhlükəli eskalasiyası yoluna sürükləyir. Rusiya Federasiyası müdafiə qabiliyyətini gücləndirmək və suverenliyini qorumaq üçün adekvat cavab tədbirləri görəcək”, - bəyanatda bildirilib.