Close

Rusiya və İran vəziyyətdən ciddi narahatdırlar

Rusiyanın xarici işlər naziri Sergey Lavrov İranın xarici işlər naziri Əli Baqeri Kani ilə telefon danışığı aparıb.

TNS xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında məlumat yayılıb.

Söhbət zamanı əsas diqqət Yaxın Şərqdəki vəziyyətə yönəlib.

Lavrov və iranlı həmkarı regionda, ilk növbədə, Fələstin-İsrail münaqişəsi zonasında çoxsaylı böhranların həll olunmaması nəticəsində yaranmış gərginliyin artmasından ciddi narahat olduqlarını bildiriblər.