Close

Ermənistan NATO-nun sammitində iştirak edəcək

Ermənistan NATO-nun Vaşinqtonda keçiriləcək sammitində iştirak edəcək.

TNS TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.

“Ermənistan NATO-nun Vaşinqtonda keçirilən sammitinin tərəfdaş formatlı tədbirində və təşkilatın 75 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün dəvət alıb və iştirakını təsdiqləyib”,- Badalyan qeyd edib.

Mətbuat katibinin sözlərinə görə, hazırda başqa razılaşmalar yoxdur.