Close

Rusiya Dneprə zərbə endirdi: yaralılar var

Rusiya silahlı qüvvələri Ukraynanın Dnepr şəhərində yaşayış binasına raket zərbəsi endirib.

TNS xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında məlumat yayıb.

O bildirib ki, hücum nəticəsində 3 dinc sakin xəsarət alıb.

Əraziyə gələn xilasedicilər müvafiq tədbirlər görür.