Daha bir ölkə "TikTok"u qadağan etdi
26
21:09 - 28 İyun 2024
Kosova hökuməti "TikTok"u bağlamaq qərarına gəlib.
TNS xəbər verir ki, hökumət kibertəhlükəsizliyi artırmaq üçün Çin sosial media platforması olan "TikTok"un dövlət qurumlarında istifadəsini qadağan etmək qərarına gəlib.
Kosova hökumətinin bugünkü iclasında "TikTok"un bütün dövlət qurumlarında qadağan edilməsinə səs verilib.