Close

Ermənistandan gedən Qarabağ ermənilərinin sayı açıqlandı

1 iyun 2024-cü il tarixinə olan məlumata görə, Ermənistanı tərk edən və geri qayıtmayan Qarabağ ermənilərinin sayı 10.308 nəfərdir.

TNS xəbər verir ki, bu barədə məlumatı Ermənistan Milli Təhlükəsizlik Xidməti yayıb.

Bildirilib ki, bu, mayın 1-i ilə müqayisədə Ermənistanı tərk edən qarabağlıların sayının 383 nəfər artması deməkdir.