Close

İsrail Ukraynaya 8 ədəd “Patriot” verməyə hazırlaşır

ABŞ, İsrail və Ukrayna Kiyevə 8 ədəd “Patriot” hava hücumundan müdafiə sisteminin tədarükü ilə bağlı danışıqlar aparır.

TNS xəbər verir ki, bu barədə “Faynənşl Tayms” məlumat yayıb.

Bildirilib ki, müqavilə hələ yekunlaşmayıb, lakin çox güman ki, bu, “Patriot” sistemlərinin əvvəlcə İsraildən ABŞ-a, sonra isə Ukraynaya göndərilməsini nəzərdə tutur. Belə ki, İsrail 30 ildir istifadədə olan 8 ədəd “Patriot”u daha müasir sistemlərlə əvəzləmək istəyir.

“Əgər belə bir transfer həyata keçirilərsə, bu, Ukraynanın müdafiə imkanlarında ciddi dəyişiklik olacaq”, - məlumatda bildirilib.