Close

21:48
28 Sentyabr 2024

Qazax əsilli Rusiya şairi vəfat edib

Qazax əsilli Rusiya şairi Baxıt Kenjeyev vəfat edib.

TNS xəbər verir ki, bu barədə onun həmkarları "Facebookda" məlumat veriblər.

73 yaşlı şair Nyu-Yorkda ağır xəstəlikdən vəfat edib.

1950-ci ildə Qazaxıstanda anadan olan şair, uşaq yaşlarında ailəsi ilə birlikdə Moskvaya köçüb. 1970-ci illərdə “Moskva vaxtı” şeir dərnəyinin üzvü olan Kenjeyev 1982-ci ildə Kanadaya, 2008-ci ildə ildə isə Nyu-Yorka köçüb.

İlk şeir kitabı 1984-cü ildə ABŞ-da nəşr edilib.