Close

Pakistan genişmiqyaslı antiterror əməliyyatına başladığını elan edib

Pakistanın Baş naziri Şahbaz Şərif ölkəsinin genişmiqyaslı antiterror kampaniyasının başlatdığını təsdiqləyib.

TNS xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.

“Baş nazir Azm-e-İstehkam (Qətiyyətlilik və sabitlik) əməliyyatına başlamaqla yenilənmiş və gücləndirilmiş milli antiterror kampaniyasını təsdiqləyib”, - məlumatda qeyd olunub.

Bildirilib ki, bu əməliyyat müxtəlif antiterror proqramlarını vahid nəzarət və koordinasiya altına almağa imkan verəcək.

Ekstremistlərə qarşı mübarizədə qonşu ölkələrlə koordinasiya üçün diplomatik səylər gücləndiriləcək.

Müntəzəm olaraq antiterror əməliyyatları keçirən hərbi qulluqçular bütün hüquq-mühafizə orqanlarının tam dəstəyini alacaqlar.