Close

Gürcüstanda zəlzələ olub

İyunun 22-də günün ikinci yarısında Gürcüstanda zəlzələ baş verib.

TNS xəbər verir ki, bu barədə Gürcüstan Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri Oni bələdiyyəsinin İri kəndi yaxınlığında yerləşir. Zəlzələnin maqnitudası 4,2 bal olub.