Close

Bu ölkə Ukrayna üçün xüsusi avtomat hazırladı

Çexiyanın “Esk zbrojovka” şirkəti Ukraynadakı döyüşlər nəzərə alınmaqla yeni BREN3 avtomatı istehsal edib.

TNS xəbər verir ki, bu barədə Çexiya mediası məlumat yayıb.

Bildirilib ki, BREN3 avtomatı döyüş meydanındakı əsgərlərin istəkləri əsasında hazırlanıb. Əsas diqqət yeni modelin möhkəmliyi və davamlılığına yönəlib.

BREN3 iki versiyada istehsala buraxılacaq - NATO çaplı 5.56 və 300 AAC Blackout.

Maşın həm quru ordusunun bölmələrində, həm polisdə, həm də xüsusi təyinatlılarda istifadə edilə bilər.

İsyehsalçılar bildirib ki, BREN3 artıq Ukraynada istifadədədir.