Close

Moskvada qidadan kütləvi zəhərlənmə qeydə alınıb

Rusiya paytaxtında kütləvi şəkildə "botulizm" infeksiyasına yoluxma qeydə alınıb.

TNS xəbər verir ki, "Kuxnya na rayone" hazır yemək çatdırılması xidmətinin məhsullarından zəhərlənmə ilə bağlı 121 nəfər təcili tibbi yardıma müraciət edib.

Moskva merinin müavini Anastasiya Rakova hazırda 55 nəfərin vəziyyətinin ağır olduğunu açıqlayıb. Bildirib ki, onlardan 30-u reanimasiyadadır.

Qeyd edək ki, "botulizm" ağır qida toksiki infeksiyası qrupuna aid olan xəstəlikdir. Əsasən uzunsov və onurğa beyninin botulotoksinlə zədələnməsi ilə xarakterizə olunur. Botulizm düzgün konservləşdirilməmiş qida məhsulların - balıq, ət konservləri, meyvə-tərəvəz və s. qəbulu nəticəsində yaranır.