Close

Netanyahu hərbi kabineti buraxdı

İsrailin Baş naziri Benyamin Netanyahu hərbi kabineti buraxdığını elan edib.

TNS xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.

Baş nazir bildirib ki, Benni Qants kabineti tərk etdiyi üçün bu strukturun fəaliyyətinə də ehtiyac qalmayıb.

Netanyahunun hərbi kabineti daha geniş tərkibdə yenidən formalaşdıracağı bildirilir.

Qeyd edək ki, bu struktur ötən il oktyabrın 11-dən etibarən HƏMAS-la mübarizə məqsədilə yaradılmışdı.