Close

Putin bu qurumu özünə tabe etdi

Federal Tibbi və Bioloji Agentlik (FMBA) Rusiya Səhiyyə Nazirliyinin yurisdiksiyasından çıxarılıb.

TNS xəbər verir ki, müvafiq fərmanı prezident Vladimir Putin bazar ertəsi, iyunun 17-də imzalayıb.

Eyni sənədlə dövlət başçısı FMBA-nı yenidən özünə tabe edib.

“Müəyyən edilsin ki, Federal Tibbi və Bioloji Agentliyin fəaliyyətinə rəhbərlik Rusiya Federasiyasının Prezidenti tərəfindən həyata keçirilir”, - Vladimir Putinin imzaladığı fərmanda deyilir.

Rusiya Federasiyası Hökumətinə də öz aktivlərinin və dövlət başçısının əmlakının sənədə uyğunlaşdırılması ilə bağlı təkliflər vermək tapşırılıb. Fərman imzalandığı gündən, yəni iyunun 17-dən qüvvəyə minib.