Britaniya Müdafiə Nazirliyi: "Rus generalları Putinin cinayətlərinə şərikdirlər"
67
14:08 - 09 May 2022

Rusiya Federasiyasının Prezidenti Vladimri Putin totalitar rejimlərin səhvlərini təkrarlamaqla, ötən əsrin tiranlığının güzgüsünə çevrilir.
TNS "The Guardian"a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Ben Uolles deyib.
“Gəlin, çoxsaylı medallarla bəzənmiş forma geyinən rus generallarının absurdluğunu qeyd edək. Onlar Putinin öz əcdadlarını amansız işğaldan qorumaq, faşizmi məğlub etmək, daha yüksək məqsəd uğrunda fədakarlıq etmək kimi süni açıqlamalarına tamamilə şərikdirlər", - Uolles bildirib.