Close

Bişkek və Daşkənd razılaşdı: "Sərhəddə insidentlərin qarşısını almaq üçün birgə tədbirlər görüləcək"

Qırğızıstanla sərhəddə Özbəkistan hərbçilərinin silahdan istifadə etməsi ilə insident baş verib.

TNS TASS-a istinadən xəbər verir ki, Qırğızıstan və Özbəkistan sərhədin ümumi hissəsində münaqişəli vəziyyətlərin qarşısını almaq üçün birgə səylər göstərməyə razılaşıblar. Bu barədə cümə günü Qırğızıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"2022-ci il mayın 6-da Qırğız Respublikasının Xarici işlər naziri Jeenbek Kulubayev ilə Özbəkistan Respublikasının Xarici işlər naziri vəzifəsini icra edən Vladimir Norov arasında telefon danışığı olub. Tərəflər sərhədyanı ərazidə toqquşmaların qarşısının alınmasının zəruriliyini, eləcə də dostluq və mehriban qonşuluq əsasında Qırğızıstan-Özbəkistan əməkdaşlığının möhkəmləndirilməsi və genişləndirilməsi istiqamətində işlərin davam etdirilməsinin vacibliyini vurğuladılar. Söhbət zamanı xarici işlər orqanlarının rəhbərləri Qırğızıstan-Özbəkistan münasibətlərinin gündəliyində duran cari məsələləri müzakirə ediblər, beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar”, - məlumatda deyilir.