Close

23:01
26 Dekabr 2024

Prezidentlə bağlı araşdırmadan sonra 6 nazir istefa verdi

Peru Prezidenti Dina Boluarteyə qarşı qanunsuz varlanma iddiaları ilə aparılan “Rolexgate” korrupsiya araşdırmasının ardından bir neçə nazir istefa verib.

TNS xarici mediaya istinadən xəbər verir ki, ölkənin daxili işlər naziri Viktor Torres və təhsil naziri Miriam Ponce də daxil olmaqla 6 nazir tutduqları vəzifələrdən istefa verdiklərini açıqlayıblar.

Daxili işlər naziri Viktor Torres jurnalistlərə istefasının ailə problemi ilə bağlı olduğunu bildirsə də, digər nazirlər məsələ ilə bağlı məlumat paylaşmayıblar.

Digər tərəfdən, nazirlərin istefası ilə eyni vaxtda bir çox fərqli partiyadan olan millət vəkilləri Boluartenin "mənəvi çatışmazlıq" səbəbiylə vəzifəsindən azad edilməsini tələb edən ərizə ilə parlamentə müraciət ediblər.

Prezidentin vəzifədən uzaqlaşdırılması üçün 130 yerlik Məclisdə 87 nəfərin təklifin lehinə səs verməsi lazımdır.

Dina Boluarte isə 18 nazirliyin olduğu ölkədə boş qalan 6 nazirin yerinə yeni adlar təyin edib.

Qeyd edək ki, Peru Milli Polisi prezident Dina Boluarteyə qarşı korrupsiya istintaqı çərçivəsində martın 31-də onun evinə basqın edib.

Prokurorluq “Rolexgate” adlı korrupsiya araşdırması çərçivəsində Boluartenin qeyri-qanuni yolla zənginləşməsi ilə bağlı iddiaları araşdırır.