Rusiyadan Ermənistandakı 102-ci baza ilə bağlı AÇIQLAMA

102-ci baza və Rusiya sərhədçilərinin mövcudluğu Ermənistanın suverenliyinin yeganə real təminatıdır.
TNS xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin “Ermənistanın Dostları Şəbəkəsi” adlı qurumun hesabatının müddəalarını şərh edən bəyanatında bildirilib.
Qeyd olunub ki, Avropa İttifaqının “təhlükəsizlik təklifləri" sağlam düşüncəyə tamamilə zidddir.
“102-ci hərbi baza və Rusiya sərhədçilərinin mövcudluğu Ermənistanın suverenliyinin yeganə real təminatıdır. Onların çıxarılmasının respublikanın hərbi potensialını hansısa formada gücləndirməsi təhlükəli demaqoqiyadır. Bizi bu gün mövcud təhlükəsizlik sisteminə yenidən baxmağa məcbur edən Qərb bunun müqabilində konkret heç nə təklif etmir", - Rusiya XİN-dən bildirilib.