Close

Dünyanın coğrafi xəritəsi dəyişir - Yüzillik mübahisənin sonu

ABŞ-ın Milli Coğrafiya Cəmiyyəti Antarktida sahillərini yuyan beşinci okeanın - Cənub okeanının rəsmi tanındığını elan edib.

TNS-in ABŞ mediasına istinadən məlumatına görə, bu, uzun illər aparılmış elmi tədqiqatların nəticəsidir. Beləliklə, XXI əsrdə - böyük coğrafi kəşflər dövrü artıq keçmişdə olsa da, - dünyanın coğrafi xəritəsi dəyişir.

İlk dəfə "Cənubi okean" anlayışını XVI əsrin əvvəllərində ispan konkistadoru Vasko Nunyes de Balboa istifadə edib. O, cənubdan Cənubi Amerika sahillərinə gələn soyuq cərəyanları təsvir edərkən, bu barədə bəhs edib. Daha sonra Antarktika ekspedisiyaları gəmiləri məhz "Cənub okeanına" hazırlayırdılar. Lakin bu okean yalnız Avstraliyada nəşr olunan xəritələrdə öz əksini tapırdı. Və Avstraliya qitəsinin cənubunda yerləşən bütün su hövzələri ona aid edilirdi.

Beşinci okeanın tanınıb-tanınmaması ilə bağlı mübahisələr okeanlarda gəmiçilik və ticarət fəaliyyətini beynəlxalq səviyyədə əlaqələndirmək üçün nəzərdə tutulmuş Beynəlxalq Hidroqrafiya Təşkilatı yaradılanda - 1921-ci ildə yeni vüsət aldı.  1937-ci ildə "Cənub okeanı" termini BHT-nin nəşrlərində rəsmi olaraq təsbit edildi.

Bu addım alimlər tərəfindən dəstəkləndi. Axı, Antarktidaya bitişik və Antarktika Dairəvi Qütb Cərəyanı ilə birləşən sular xüsusi xüsusiyyətlərə malikdir. Fiziki-kimyəvi və bioloji xüsusiyyətlərinə görə onlar cənub subpolar zonasında birləşən digər üç okeandan fərqlənirlər.

Lakin 1953-cü ildə BHT Cənub okeanının dəqiq sərhədlərini müəyyən edə bilmədiyindən, öz qərarını ləğv etməli və buna görə də onun hüdudlarında naviqasiya və kommersiya fəaliyyətini tənzimləməli oldu.

Alimlər isə məsələyə öz etirazlarını bildirirdilər. Bu termin elmi nəşrlərdə getdikcə daha çox xatırlanırdı. Cənub okeanının unikallığı, onun hidroloji və biosistemlərinin ayrıca öyrənilməsinin vacibliyi vurğulanırdı. Nəticədə, 2000-ci ildə BHT yeni bir təsnifat qəbul etmək məcburiyyətində qaldı. Yeni təsnifata görə, dünya okeanı beş hissəyə bölündü. Lakin bütün coğrafi atlaslara və dərsliklərə dəyişikliklərin edilməsi üçün dünyanın aparıcı dövlətlərinin rəsmi ratifikasiyası tələb olunurdu.

BHT yeni Cənub okeanının ərazisini şərti olaraq - Antarktida sahillərindən şimala, cənub eninin 60-cı paralelinə qədər müəyyənləşdirdi. Coğrafiyaşünasların fikrincə, Cənub okeanının şimal sərhədi Antarktika Qütb Cəbhəsi boyunca çəkilməlidir, onun daxilində Antarktika Dairəvi qütb cərəyanının soyuq suları dövr edir. Antarktidanı əhatə edən bu zonaya "Antarktika Konvergensiyası" da deyilir.

Yeni okeanın sahəsi 20,3 milyon kvadrat kilometrdir. Bu da ABŞ-ın ərazisindən iki dədə böyükdür. O, Şimal buzlu okeanından daha böyükdür və Sakit, Atlantik və Hind okeanlarından sonra dünyada dördüncüdür. Onun orta dərinliyi 3270 metr, ən dərin yeri 8264 metrlikdə - Cənubi Sandviç novcuğundadır.

2000-ci illərin əvvəllərindən etibarən isə Rusiyada nəşr olunan xəritələrdə və atlaslarda Cənub okeanı göstərilib. ABŞ Milli Okean və Atmosfer Administrasiyası isə Cənubi okeanı ötən il tanıyıb.

3998885d-978f-4f12-8c02-8d4cfcfdb78e