Şahzadənin həyat yoldaşı mürəbbə və qab-qacaq satacaq

Kral ailəsindən ayrıldıqdan sonra ABŞ-də yeni həyata başlayan Şahzadə Harrinin həyat yoldaşı Meqan Markl illər sonra yeni brendi ilə sosial mediaya qayıdıb.
TNS BBC-yə istinadən xəbər verir ki, Birləşmiş Ştatların Patent və Ticarət Nişanları İdarəsinin məlumatına görə, Britaniya kral ailəsinin kiçik gəlini Meqan Markl 2 fevral 2024-cü ildə “Amerika Riviera Orchard” ticarət nişanı üçün müraciət edib.
Brendin adı Kaliforniyanın şahzadənin ailəsi ilə yaşadıqları hissəsinə verilən "Amerika Rivierası" adından gəlir.
Meqan Marklın yeni brendinə qab-qacaq, yemək reseptləri kitabı, süfrə kimi mətbəxt məhsulları, həmçinin mürəbbə, marmelad və meyvə kimi yeməli məhsullar daxildir.
Brend hələ satışa çıxarılmasa da, sosial media hesabları açılıb. Meqanın mətbəxdə qazanı qarışdırdığı video onun “Instagram” hesabında paylaşılıb.
Bir neçə gün ərzində yüz minlərlə izləyiciyə çatan “Instagram” profilində "Sasseks hersoqinyası Meqan" və "Foundation 2024" yazılıb. Marklın həyat yoldaşı Şahzadə Harrinin kral ailəsindən və bütün titullarından imtina etməsindən sonra biznes fəaliyyətində kral titulunu işlətməsi reaksiyalara səbəb olub.