“Mülki əhali oranı tərk etməli və İsrail ordusu yerləşməlidir"
İsrail ordusunun Qəzza zolağının cənubundakı Rəfahdakı əməliyyatı başa çatacaq, lakin fələstinli qaçqınların oranı tərk etməsinə icazə veriləcək.
TNS xəbər verir ki, bunu İsrailin Baş nazir Benyamin Netanyahu Vaşinqtonda Amerika İsrail İctimai Əlaqələr Komitəsinin iclasında deyib.
“Həması məhv edəcəyik, Qəzza zolağında saxlanılan girovları qaytaracağıq və Qəzza zolağının heç vaxt İsrail üçün təhlükə yaratmayacağına əmin olacağıq. Rəfahda hərbi əməliyyatı başa çatdıracağıq. Eyni zamanda biz mülki şəxslərə təhlükəli əraziləri tərk etmək imkanı verəcəyik”, – Netanyahu bildirib.
Baş nazir qeyd edib ki, İsrail ordusu Rəfahda fəaliyyət göstərməlidir, əks halda HƏMAS yenidən toplaşacaq, silahlanacaq və Qəzzanı geri alacaq.