Aleksey Navalnının ölümü ilə bağlı tibbi rəy açıqlanıb
47
21:36 - 22 Fevral 2024
Fevralın 16-da həbsxanada vəfat edən Aleksey Navalnının ölümü ilə bağlı tibbi rəy məlum olub.
TNS xəbər verir ki, bu barədə “Kommersant” nəşri yazıb.
Nəşrin bildirdiyinə görə, Navalnının anası Lyudmila fevralın 21-də müstəntiqlərin onu Salexard morquna apardığını və oğlunun meyitini göstərdiklərini söyləyib.
O, tibbi ölüm şəhadətnaməsinə imza atdığını deyib.
Lyudmila Navalnaya göstərilən tibbi rəydə Alekseyin ölümünün səbəbinin təbii olduğu bildirilir.