Borrell Ermənistana getmək istəyir
10
16:20 - 22 Fevral 2024
“Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell Ermənistana səfər etmək istəyir”.
TNS “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı Avropa İttifaqının Ermənistandakı nümayəndə heyətinin rəhbəri Vasilis Maraqos açıqlayıb.
Onun sözlərinə görə, Borrell ötən həftə Ermənistan Xarici İşlər Nazirliyini məsələ ilə bağlı məlumatlandırıb.
Bu, onun Ermənistana ilk səfəri olacaq.