Close

12:47
03 Fevral 2025
11:13
03 Fevral 2025

Silahlı şəxs polis əməkdaşlarına hücum etdi

Fransanın şimalındakı Pa-de-Kale departamentinin Benifonten kommunasında bıçaqla silahlanmış şəxs polis əməkdaşlarına hücum edib.

TNS xəbər verir ki, polis əməkdaşlarından biri yaralanıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları silahdan istifadə edərək, təcavüzkarı yaralayıb.

Yaralı polis zabiti və hücum edən şəxs xəstəxanaya çatdırılıb.