Xameneinin "Instagram" və "Facebook" hesabları silinib
15
11:07 - 09 Fevral 2024

"Meta" şirkəti İranın ali rəhbəri Ayətullah Əli Xameneinin sosial media hesablarını silib.
TNS AFP-yə istinadən xəbər verir ki, Ayətullah Əli Xameneinin "Facebook" və "Instagram" hesabları silinib.
Meta bildirib ki, hesablar şirkətin təhlükəli təşkilatlar və şəxslərlə bağlı siyasətini pozduğuna görə silinib.
Xameneinin "İnstagram"da 5 milyon izləyicisi var idi.