Close

10:30
11 May 2025

“Atəşkəsdən sonra da hücumlar davam edəcək”

Qəzza zolağında humanitar atəşkəs başa çatdıqdan sonra İsrail qoşunları bütün anklavda döyüşlərə daha intensiv şəkildə davam edəcək.

TNS "The Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qalant bildirib.

"Biz döyüşə qayıdıb daha da güclü hərəkət edəcəyik və “İşimiz bitənə qədər dayanmayacağıq” ", - nazir qeyd edib.

Qeyd edək ki, İsraillə HƏMAS qüvvələri arasında atəşkəs daha iki gün uzadılıb.