Close

“Dəli” ləqəbli yeni prezident super qəhrəman paltarı geyinib mahnı oxuyub - VİDEO

İqtisadi cəhətdən çətin günlər yaşayan Argentinada ifrat sağçı Xavyer Miley seçkilərdə səslərin 56 faizini toplayaraq prezident seçilib.

TNS xəbər verir ki, ifrat sağçı ekstremist Xavyer Miley keçmişdə kameralara tuş gələn qeyri-adi görüntüləri ilə tanınır.

Meydanlarda əlindəki mişarı yelləyərək “iqtisadiyyata belə hücum edəcəyini” bildirən “Dəli” ləqəbli yeni prezident super qəhrəman paltarı geyinib mahnı da oxuyub.

Daha əvvəl mərkəzi bankı bağlayacağına və valyutanı dollara dəyişdirəcəyinə söz verən Mileyin qələbəsindən sonra onun keçmişdəki qeyri-adi hərəkətləri və rəngarəng anları sosial şəbəkələrdə paylaşılıb.