Close

Həm meymunların, həm də insanların gələcəyi müəyyən olunur: nəfəs kəsən treyler - VİDEO

“20th Century Studios” “Meymunlar planeti: Krallıq” filminin treylerini təqdim edib.

TNS xəbər verir ki, filmin dünya premyerasının 2024-cü ilin mayında olacağı gözlənilir. Rejissoru Ves Boldur olan ekran işində rolları Freya Allan, Kevin Durand və digər aktyorlar canlandırırlar.

Filmdə yeni bir zalım meymun lider öz imperiyasını qurarkən, bir gənc meymun keçmiş haqqında bildiyi hər şeyi şübhə altına alaraq, həm meymunların, həm də insanların gələcəyini müəyyən edəcək seçimlərə səbəb olan dəhşət dolu səyahətə çıxır. Rejissor Ves Bol qeyd edib ki, ekran əsəri həyəcan dolu və bir-birindən maraqlı epizodları ilə izləyicilərin böyük maraq və həyacanına səbəb olacaq.