İsrail vətəndaşlarına silah paylanılır
HƏMAS-la müharibənin dördüncü günündə Milli Təhlükəsizlik Nazirliyi İsrail polisi ilə birlikdə ümummilli kampaniyaya başlayıb.
TNS mignews-a istinadən xəbər verir ki, Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvirin əmri ilə vətəndaşlara 10 min avtomat tüfəng paylanacaq.
Bildirlib ki, nazirin əmri ilə Qalileydəki zavoddan 4000 avtomat tüfəng alınıb və daha 6000-ni də alınacaq.
Həmçinin fərdi şəxslər üçün silah lisenziyasının alınması prosedurunun dəyişdirilməsi və sadələşdirilməsi barədə qərar qəbul edilib.
Məqsəd “Divar Mühafizəsi 2” hərbi əməliyyatına hazırlıq üçün yaşayış məntəqələrində və şəhərlərdə özünümüdafiə bölmələrinin yaradılmasıdır.