Close

İsrail Qəzzadakı əməliyyatı “Dəmir qılınclar” adlandırdı

İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyata “Dəmir qılınclar” adı verilib.

TNS mignews.com-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

“Times of Israel”in məlumatına görə, İsrail ərazisinin atəşə tutulması nəticəsində 5 nəfər həlak olub, 100-dən çox insan isə yaralanıb. 

Xatırladaq ki, bu gün İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Bunun ardınca İsrail ordusu müharibəyə hazır vəziyyətə gətirilib.