Close

14:21
09 May 2025
14:14
09 May 2025
13:46
09 May 2025
13:07
09 May 2025

Ermənistan parlamenti Roma Statutunu ratifikasiya etdi

Ermənistan parlamenti Roma Statunu ratifikasiya etdi.

TNS "news.am"a istinadən xəbər verir ki, 60 deputat ratifikasiyanın lehinə səs verib. 22 nəfər isə etiraz edib.

Qeyd edək ki, “Ermənistan” blokunun katibi Arçvik Minasyan bunun konstitusiyaya zidd olduğunu bildirib.

12:56

Ermənistan parlamenti Roma Statutunun ratifikasiyasını müzakirə edir.

TNS xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

2004-cü ilin avqustunda Konstitusiya Məhkəməsi Roma Statutunun o dövrdə qüvvədə olan Ermənistan Konstitusiyaya zidd olduğunu bildirib. 2005 və 2015-ci ilin dekabrında Əsas Qanunda islahatlar aparılıb və 2020-ci il müharibəsindən sonra Ermənistanın Roma Statutunun qəbul etməsi gündəmə gəlib.

Kreml isə Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya PRezidenti Vladimir Putinə qarşı “qeyri-qanuni göstərişləri” fonunda İrəvanın Roma Statutuna qoşulmaq planlarını qəbuledilməz hesab edir. Ermənistan rəsmiləri isə bəyan edirlər ki, ratifikasiya Rusiyaya qarşı yönəlməyib və İrəvan mövcud vəziyyətlə bağlı Moskvaya müvafiq təkliflər göndərib.