Bir ay ərzində bunu etməsələr, ölkədən çıxarılacaqlar

Pakistan 1 milyondan çox qeyri-qanuni əfqan miqrantı deportasiya edir.
TNS xarici mediaya istinadən xəbər verir ki, Pakistan hökuməti ölkədə qeyri-qanuni yaşayan 1,1 milyona yaxın Əfqanıstan vətəndaşını deportasiya etmək barədə qərar qəbul edib.
Məlumata görə, vizası olmayan əfqanlar, o cümlədən müvafiq sənədin müddətinin uzadılmasından imtina edilən şəxslər deportasiya ediləcək.
Xatırladaq ki, Pakistanda qeyri-qanuni yaşayan əcnəbilərə ölkəni könüllü olaraq tərk etmələri üçün bir ay vaxt verilib. Bu müddətdən sonra yerli hüquq-mühafizə orqanlarının bütün ölkə ərazisində miqrantların müəyyən edilməsi və deportasiyası üçün genişmiqyaslı əməliyyatlara başlayacağı gözlənilir.
Hazırda Pakistanda 1,1 milyona yaxın Əfqanıstan vətəndaşı qeyri-qanuni yaşayır.