Close

Priqojinin oğlu peyda oldu - O, 100 milyon funt-sterlinqə sahib olacaq

Rusiya lideri Putinə qarşı başlatdığı qiyamdan cəmi 2 ay sonra şübhəli şəkildə dünyasını dəyişən rus muzdlu “Vaqner” qrupunun lideri Priqojin ölümünün 40-cı günündə məzarı başında yaxınları tərəfindən yad edilib. Mərasimdə Priqojinin 100 milyon funt-sterlinq sərvətini miras alacaq oğlu Pavel də iştirak edib.

TNS xəbər verir ki, atasının ölümündən sonra nadir hallarda görünən Pavelin Priqojinin işlərini davam etdirdiyi bildirilir.

Bəzi rusiyalı ekspertlər onun mirasın bir hissəsi kimi “Vaqner” qrupuna nəzarəti də ələ alacağını iddia edirlər.

wagner-sefi-prigozhin-nin-100-milyon-sterlinlik-16389473_3037_m