Lavrov: "Bu, Ermənistan rəhbərinin seçimidir"
54
21:33 - 02 Oktyabr 2023

“Ermənistanın KTMT-dən çıxmaqla bağlı bəyanatları onun suveren seçimidir”.
TNS TASS-a istinadən xəbər verir ki, bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Valday” beynəlxalq diskussiya klubunun 20-ci illik toplantısı çərçivəsində jurnalistlərə deyib.
“Əgər Ermənistanın bəzi liderlərinin bəyan etdiyi kimi, indi Rusiya və KTMT-dən məyus olub, öz təhlükəsizliklərini gücləndirmək üçün həmkarlarına baxacaqlarsa- bu, onun suveren seçimidir, Ermənistan rəhbərliyinin seçimidir”, - XİN rəhbəri bildirib.